Thursday, 2019-09-19, 0:47 AM | Welcome Guest
Main » 2011 » May » 15


Qonşu gonşuya keçib gorür ki, ev sahibinin kiçik qızı metbexde meşğuldur.
-A qızım, seni yiyim, hayındı orda nağarırsan?
-Xörek bişirirem, a xala.
-A seni de yiyim, sen bişiren xöreyo da!
Qızın atası o biri otaqdan dillenir:
-A qonşu, qızı yiyirsen yi, amma xöreyde işin olmasın!

Category: Şəki lətifələri | Views: 461 | Added by: Nikki | Date: 2011-05-15 | Comments (0)

Bir Şəkili bərk yorulduğu üçün yer tapıb yatmaq fikrinə düşür. Görür ki, növbətçinin qonşuluğundakı otaq boşdur. Keçib divanda uzanır. Rahat olsun diyə, ayaqlarını dik qaldırıb divara söykəyir və beləcə də yuxuya gedir. Bir azdan kimse otağa girib onu həmin vəziyyətdə xor-xor yatan görur. Cəld oyadıb deyir: -A kişi, sən nə edirsən? Özü də bu vəziyətdə yatışa nə ad vermek olar? Şekili yarıyuxulu halda cavab verir: - Badımcanı...

Category: Şəki lətifələri | Views: 450 | Added by: Nikki | Date: 2011-05-15 | Comments (0)

Şəki bazarında qəssablar: "Qoç əti!", "Qoyun əti!", "Quzu əti!"-deye haray salmışdılar. Abdulcabbar ət almaq fikri olmasa da, qəssabların birinden soruşur: -əmioğlu, ət erkək qoyundu, yoxsa dişi? Qəssab müştəri taptığını görüb sevincək: - Dədəm, erkəkdir, deyir. -E, məni xam hesab eləme, bilmirəm ki, sənin dədən erkəkdir?! Mən qoyunun ətini soruşuram.

Category: Şəki lətifələri | Views: 437 | Added by: Nikki | Date: 2011-05-15 | Comments (0)

GUNLERIN BIR GUNU DOVSAN MINIR MARSURUTA VE DEYIR ELE LEMIYINKI DUNENKI KIMI OLSUN VE BU SOZU 4 5 DEFE DEYIR AXIRDA SIR AYAGA DURUR VE DEYIR:E DUNEN NE OLMUSDUKI DOSAN DEYIR: DUNENDE AYAG USTE GETMISEM

Category: Şəki lətifələri | Views: 434 | Added by: Nikki | Date: 2011-05-15 | Comments (0)

Kişi arvadına deyir:
-Eşşəyi sataq oğlana toy edək.
Özünü yuxuluğa vuran oğlan bunu eşidir.
Bundan sonra oğlan tez-tez anasına:
-Atama de ki, eşşəkdən danışsın.– deyir.

Category: Şəki lətifələri | Views: 465 | Added by: Nikki | Date: 2011-05-15 | Comments (0)

Qarınqulu ehsanda o qədər yeyir ki, tərpənə bilmir. Qonşuları bunu araba ilə evinə aparmalı olurlar. Qarınqulu gözünü açıb göydə ulduzları görür və arabaçıdan soruşur:
-Orada nə yığıncaqdır?
Arabaçı deyir:
-Orada da ehsan verilir.
Qarınqulu:
-Onda arabanı ora sür.

Category: Şəki lətifələri | Views: 466 | Added by: Nikki | Date: 2011-05-15 | Comments (0)

Bir dükançı həmişə piti bişirib, yeməyini dükanda yeyərmiş. Bir gün bu, piti yeyəndə dükana bir neçə tanış adam gəlir. Dükançı ağızucu onları da dəvət eləyir. Müştərilər süfrə qırağında əyləşib başlayırlar yeməyə.
Pitinin suyunu yeyib qurtaran kimi dükançı:
-Bu da dədəmə qalsın. – deyib pitinin ətini götürür.

Category: Şəki lətifələri | Views: 453 | Added by: Nikki | Date: 2011-05-15 | Comments (0)

-Xala izin ver göbəyo üstündə qoz sındırım.
-Sənin ki könlündə biclik yoxdursa, bir daş altda qoy, bir daş üstə, sındırıb ye.

Category: Şəki lətifələri | Views: 501 | Added by: Nikki | Date: 2011-05-15 | Comments (0)

Xala əyağo altından mənə bir öpüş verərsən?
-Lap başımın üstündən də saa öpüş verərəm.
-Xala sən baş vurdun, mən əyaxdan. Gəl bunu ortalayaq.

Category: Şəki lətifələri | Views: 472 | Added by: Nikki | Date: 2011-05-15 | Comments (0)

Lütvəli Abdullayev maşınla Şəkiyə gedirmiş. Bir kəndin kənarından keçəndə görür ki, bir oğlan eşşəyin üstündə gedir. Lütvəli oğlana yaxınlaşıb soruşur:
-Oğlan, siz bu kənddənsooz?
Oğlan:
-Mən bu kənddənəm, eşşək Şəkidən.
Lütvəli:
-Artıq benzinin varmı?
Oğlan eşşəyin quyruğunu qaldırıb deyir:
-Nolu göstərir.

Category: Şəki lətifələri | Views: 369 | Added by: Nikki | Date: 2011-05-15 | Comments (0)

İclasda məsələ qaldırıllar ki, torpağı bərəkətə gətirməhdən ötrü peyin lazımdı. Özü də ən keyfiyyətdisi - quş peyini. Hayındı habı quşun peyini bir damcı gəlir, bir o qədərini hardan tapsınnar?
Hacı dayı diyir:
-Ürəyozu yiyif-eləməyin. Mən taparam.
Bütün kənddərə xəbər yayılır ki, bəs, Hacı dayıya toyuq peyini lazımdı. Bir yük maşınına bir kisə qızıl verib alacitdi.
Çoxlu toyuq-cücəsi olan bir kişi bir il əlləşif-vuruşur, bir «qurzovoy»u sıppısıx dolduruf sürür şəhərə. Hacı dayının üstünə yüyürüf deyillər ki, ay kişi, ödümüz ağzımıza gəlitdi, get zibilo bir töür elə.
Hacı dayı xəbər yollayır ki, maşını sürsün idarənin qabağına.
Yayın istisində iy-qoxdan baş çatdada-çatdada kişi «qurzovoyu» aparır düz «Selpo»nun həyətinə. Aləm yığılır maşının başına ki, bu saat bir kətçi bir kisə qızıl qazanacax.
Hacı dayı gəlif bir maşına baxır, bir kişiyə baxır, sora da dönüf adamnara baxır. Diyir:
-Ə Kazım, habra bi dənə nərdivan gəti.
Nərdivanı gət ... Read more »

Category: Hacı Dayı | Views: 279 | Added by: Nikki | Date: 2011-05-15 | Comments (0)

Dostu Hacı dayının yanına gəlib məsləhət istəyir:
-Ay canoo yiyim, Hacı, maa yol göstər. İdarədə bi qol saatı, bi də üç yüz manat pul verib təqaüdə göndərmək istiyillər. Habı şeyləri götürüb irazılaşım, yoxsa razılaşmayım. Bilmirəm…
Hacı dayı onu bir altdan yuxarı süzüb deyir:
-İrazılaşma!
-Niyə, a başaa dönüm, hoları əldən çıxardım?
-Səən canoo yeyim, ağloo başaa yığ, get onnardan bi motosklet, üstündə də 500-manat pul istə! Ə, elə zülümsən ki, səni başdarınna eləməkdən ötrü başqa əlacları yoxdu, mütləq vericəhlər.

Category: Hacı Dayı | Views: 293 | Added by: Nikki | Date: 2011-05-15 | Comments (0)

Bir cavan satıcı ilə xeyli danışandan sonra arvadı Hacı dayıya şikayət edir:
-A kişi, hunu görürsən? Tərbiyəsiz köpəh uşağınnan allah kəlməsi kəsirəm, elə şonquyuf üzümə baxır, ağzı da qaranquş balası kimi həmişə açıla qalıf. Arvad-zad görmüyüf-nədi?
Hacı dayı ağzını aralayıb istəyir ki, cavab versin, amma arvad imkan verir, oğlanın qarasınca söyür. Axır bir fürsət tapan Hacı deyir:
-Arvad, bəlkə o yazıq da ağzını açırmış ki, sözoo qabağına söz çıxarsın. Yazığa sözünü deyib ağzını bağlamağa imkan verməmisən daa.

Category: Hacı Dayı | Views: 292 | Added by: Nikki | Date: 2011-05-15 | Comments (0)

Hacı dayı, adəti üzrə, eşşəyinə minib yolun ortasıyla rayona gedirdi. Arxadan maşınla gələn rayon prokuroru ona sataşmaq istədi, siqnal verib qara «Qaz-21»ni düz eşşəyin quyruğuna dayayıb, saxladı. Pəncərədən başını çıxardıb səsləndi:
-Ə, eşşək qardaş, yoldan çıxsana!..
Hacı dayı heç halını pozmadı. Ayağını aşırıb, eşşəyin belindən yerə endi. Yüyəni əlindən buraxıb kənara çəkdi. Eşşək də belinin yüngülləşməyindən tənbəllik eləməyib bir az da rahatlanmaq istəyir, yolu tamam batırırı. Yaş təzək sıçrayıb par-par parıldayan «Qaz-21»-in qabaq hissəsinə qəribə naxışlar vurur.
Prokuror səsinin yoğun yerinə salıb deyir:
-Ə, sa dimədim, yoldan çəkil?
Hacı dayı gülməyini zorla saxlayıb dillənir:
-Hayındı, mən yolun qırağındayam. Zəhmət çək, qardaşını özün yoldan kənarlaşdır.

Category: Hacı Dayı | Views: 290 | Added by: Nikki | Date: 2011-05-15 | Comments (0)


Bir gün Hacı dayının qonşusu yüyüre-yüyüre çayxanaya daxil olur. O, Hacını görcek celd deyir:
- Hacı, muştuluğumu ver, camışın balaliyitdi!
- Rehmetliyin oğlu, ne muştuluq? Camışım boğaz idi, bilirdim ki, balaliyciyh. Kelçen balaliyitdi deseydin ayrı mesele!

Category: Hacı Dayı | Views: 292 | Added by: Nikki | Date: 2011-05-15 | Comments (0)

Bir gün Hacı dayının iti ölür. Sataşmaq meqsediyle bir neçe dostu ona başsağlığı verir: - "Hacı Saxır qemin olsun, başın sağ olsun!". Hacı dayı özünü sındırmadan:"-Sağ olun, eyaxlaroz var olsun! Ancaq heç bilmirdim ki, itimin bu qeder qohum-eqrebası, simsarı varmış"-deyir.

Category: Hacı Dayı | Views: 306 | Added by: Nikki | Date: 2011-05-15 | Comments (0)

Hacı Dayı qocalıb lap elden düşmüşdü. Bir gün o Ezrayılı qapının ağzında görüb celd stolun üstündeki butulkanın ağzına bir emzik keçirib aparır öz ağzına. Ezrayıl soruşur: -A kişi nağarırsan? -Nemnem yiyirem. -Onda nemnemini yi qutar, seni oppalara aparıcam. -Axı nemnem yiyennen sonra bir az bay bay elemeliyem! Ezrayılı gülmek tutur ve üzünü çevirib yoxa çıxır.

Category: Hacı Dayı | Views: 275 | Added by: Nikki | Date: 2011-05-15 | Comments (0)

GUNLERIN BIR GUNU DOVSAN MINIR MARSURUTA VE BASDAYIR QISQIRMAGA:INDI KIMSE DOYULECEK!1 DEQIQEDEN SONRA BIRDE QISQIRIR INDI KIMSE DOYULECEK!BUNU ESIDEN SIR AYAGA DURUR VE DOVSANA BIR YUMURUQ QOYUB UZADIR SONRA ISE DOVSAN AYAGA DURUR VE DEYIR SIZE DEMISDIMDE KIMSE DOYULECEK

Category: Hacı Dayı | Views: 263 | Added by: Nikki | Date: 2011-05-15 | Comments (0)

Bir cavan satıcı ilə xeyli danışandan sonra arvadı Hacı dayıya şikayət edir:
-A kişi, hunu görürsən? Tərbiyəsiz köpəh uşağınnan allah kəlməsi kəsirəm, elə şonquyuf üzümə baxır, ağzı da qaranquş balası kimi həmişə açıla qalıf. Arvad-zad görmüyüf-nədi?
Hacı dayı ağzını aralayıb istəyir ki, cavab versin, amma arvad imkan verir, oğlanın qarasınca söyür. Axır bir fürsət tapan Hacı deyir:
-Arvad, bəlkə o yazıq da ağzını açırmış ki, söz qabağına söz çıxarsın. Yazığa sözünü deyib ağzını bağlamağa imkan verməmisən daa.

Category: Hacı Dayı | Views: 408 | Added by: Nikki | Date: 2011-05-15 | Comments (0)

Hacı dayı nəvəsi ilə heyvanxanaya gedir. Meymun, zürafə, tovuzquşu ilə əylənir. Elə ki, şir, bəbir, canavar, timsah saxlanan qəfəslərin qarşısına çatırlar, uşaq mısmırığını sallayır. Hacı dayı ona dondurma, şirini alır, amma nəvəsinin qaş-qabağı açılmır ki, açılmır. Kişi dözməyib soruşur.
-Saa azar-zad dəyitdi?
-Yo, baba, habırda ilişib qalmaxdan qorxuram. Yolu tanımıram, öyümüzə nə təhər gedicəm?
-Baban ölmüyütdü, aparicihdi.
-Öyün pulları yeşirindin, nənəm diyirdi: kişimi şirə-zada rast sal, aparıb yisin, habı pullarla biz ağ günə çıxaq. Hayındı səni o şir yisə, mən evə necə gedicəm?

Category: Hacı Dayı | Views: 294 | Added by: Nikki | Date: 2011-05-15 | Comments (0)

Hacı dayı, adəti üzrə, eşşəyinə minib yolun ortasıyla rayona gedirdi. Arxadan maşınla gələn rayon prokuroru ona sataşmaq istədi, siqnal verib qara «Qaz-21»ni düz eşşəyin quyruğuna dayayıb, saxladı. Pəncərədən başını çıxardıb səsləndi:
-Ə, eşşək qardaş, yoldan çıxsana!..
Hacı dayı heç halını pozmadı. Ayağını aşırıb, eşşəyin belindən yerə endi. Yüyəni əlindən buraxıb kənara çəkdi. Eşşək də belinin yüngülləşməyindən tənbəllik eləməyib bir az da rahatlanmaq istəyir, yolu tamam batırırı. Yaş təzək sıçrayıb par-par parıldayan «Qaz-21»-in qabaq hissəsinə qəribə naxışlar vurur.
Prokuror səsinin yoğun yerinə salıb deyir:
-Ə, sa dimədim, yoldan çəkil?
Hacı dayı gülməyini zorla saxlayıb dillənir:
-Hayındı, mən yolun qırağındayam. Zəhmət çək, qardaşını özün yoldan kənarlaşdır.

Category: Hacı Dayı | Views: 277 | Added by: Nikki | Date: 2011-05-15 | Comments (0)

Hacı dayı «Dostluq» restoranında doyunca yeyib-içib, durur ayağa. Yıxıla-yıxıla çıxır küçəyə, başlayır taksi gözləməyə. Kec olduğu üçün taksi görünmür. Bunu uzaqdan tini düz görən birisi ürəyində deyir ki, yaxşı düşüb əlimə, gecə qara, cücə qara, ayaq üstə gücnən durur, bir təhər sürüyə-sürüyə aparım evlərinə, bəlkə cibində bir şey oldu. Gəlib girir kişinin qoluna. Deyir:
-A canoo yiyim, ölməmişəm ki… Gə, səni öyoza aparım.
Dalda yerdə əlini salıb onun cibindən bir qızıl onluq götürür. Qapısından içəri buraxıb sevinə-sevinə geri qayıdır.
Aradan bir müddət keçir. Hacı dayı yenə həmən yerdə tinini düzəldib yola çıxır. Taksi gözləyəndə o adam hardansa peyda olub deyir:
-Gə, səni öyoza aparım.
Hacı dayı qolunu dartıb dillənir:
-Ə sən baha aparırsan. Taksi sərfəlidi, bir maata minif gedərəm.

Category: Hacı Dayı | Views: 265 | Added by: Nikki | Date: 2011-05-15 | Comments (0)

Belə söyləyirlər ki, Hacı dayının lap cavan vaxtlarıymış. Bir dağ kəndinə qonaq gedir. Görür ki, düşdüyü evin sakinləri yasa batıblar. Həmişə onu görəndə eyinləri açılan adamların elə bil dəryada gəmiləri batmışdı.
Hacı soruşur ki, xeyir ola, hayındı dünyanın axırıdı?
Ev sahibi deyir:
-İstilər düşəndən camaatın qara günləri başlayıb, ay Hacı. Bir üçbaşlı dev oturub Kiş çayının mənbəyində. Su üzünə həsrət qalmışıq. Daa kələyimiz kəsilməsin deyən ona ayda bir qız veririk. O qızı yeyəndə təpə boyda arxasını bir az tərpədir, aradan keçən su bizə tərəf gəlir, ayın axırınacan ehtiyatımızı götürürük. Yığılıb püşk atmışıq. Hər ay bir ailədən qız qurban veririk. İndi növbə çatıb bizim aman-zaman balamıza. Sabah aparıb onu diri-gözlü devin ağzına atmalıyam.
Hacı təəccüblənib deyir:
-Allah sizə insaf versin, a kişi, hayındı öydə qurbannıx qoyun-zad bəsləmirsiniz ki! Gül kimi qıza heyfiniz gəlmir? Bu yaşa çatdırıb bir mənim kimi halal süd əmmişin evinə köçürmək ... Read more »

Category: Hacı Dayı | Views: 261 | Added by: Nikki | Date: 2011-05-15 | Comments (0)

Hacı dayı həmişə deyərmiş ki, insanın sağlamlığı dörd şərtlə bağlıdır. Hayındı kim bunnara düzgün əməl eləsə, azarlamaz.
Soruşurlar:
-Hansılardır o şərtlər?
Cavab verir:
-Ayağını isti saxla,
Başını sərin.
Yeməyi unutma,
Düşünmə dərin.

Category: Hacı Dayı | Views: 294 | Added by: Nikki | Date: 2011-05-15 | Comments (0)

Hacı dayı meşədə odun doğrayırmış, bir də görür ki, bir yekə ayı başını aşağı salıb nərildəyə-nərildəyə gəlir. Kişi qorxudan özünü itirir, əl-ayağı başlayır əsməyə, nə qədər istiyir ki, qaçsın ayaqları sözünə baxmır. Hançandan-haçana özünü ələ alıb çıxır ağaca.
Ayı da gəlib dırmaşır həmin ağaca. Hacı dayı qalxır bir az da yuxarı, ayı da onun dalınca. Kişi ağacın lap təpəsinə çatanda görür ki, ayı ondan bir az aralıda dayanıb başlayır armud yeməyə.
Hacı dayı gözləyir ki, ayı armudu yeyib doysun, çıxıb getsin, sonra o da düşüb evinə yollanar.
Bu ara ayı bir dəymiş armudu budaqdan qopardıb Hacı dayıya doğru tutur. Kişi elə bilir allahın heyvanı səxavət göstərib ona meyvə vermək istəyir. Bərkdən deyir:
-Qanacağaa maşallah, dədən evində qalsın. Höylə mərfət sahibisən, yolumnan qaç, düşüm gedim öyümə.
Ayı bu qəfil səsdən diksinir, ayağının altındakı budaq sınır, guppultu ilə yerə diyirlənib ölür.
Hacı dayı ağacdan düşüb onun dərisini soyur, çiyninə atı ... Read more »

Category: Hacı Dayı | Views: 263 | Added by: Nikki | Date: 2011-05-15 | Comments (0)

Hacı dayının bir xoruzu vardı. Hər axşam camaat əkin-bikinnən evə dönəndə kişi bu xoruzu tutub var səsiylə qışqırırdı.
-Ay uşaq, habra bir bıçah gətir, xoruzun başını üzüm.
Sonra da xoruzu hinə buraxırdı.
Bir gün arvadı ondan soruşur ki, kişi, bu nə oyundu çıxarırsan?
Hacı dayı deyir:
-Qoy elə bilsinlər, hər axşam xoruz kəsif yeyirik. Yansınnar.

Category: Hacı Dayı | Views: 268 | Added by: Nikki | Date: 2011-05-15 | Comments (0)

Bir gün Hacı dayı ovdan qayıdır. Qonşular ondan xəbər alırlar:
-Ovun bərəkətti olsun. Necə doşan vurmusan?
Hacı dayı deyir:
-Ov, nə ov… Heç əl-ayağını yığıb yığışdırmaq olmurdu. Biri burdan qaçırdı, biri ordan qaçırdı. A gözözu yiyim, birinə gözüyumulu atdım, gülləm düz qulağının dibinnən ötüb keçdi. İkincisini allah qorudu, atəşim boşa çıxdı, bir də gördüm budu ha, üçüncüsü kolun dibinnən çıxıb bir qaçır, bir qaçır. O da çox uzaqdaydım. Gülləyə heyfim gəldi…
Dinləyənlər dözməyim kişinin sözünü kəsirlər:
-Müxtəsər elə, neçəsini vurdun?
Hacı dayı kefini pozmadan cavab verir:
-Ə, altı aylıq-zad döyüsüz ki, Fikrimi çaşdırmayın. Hayındı üçünnən danışdımmı? Yeddisini də vursaydım, neçə eliyacahdı? On.

Category: Hacı Dayı | Views: 279 | Added by: Nikki | Date: 2011-05-15 | Comments (0)

Bölmələr
Sayta giriş
Kateqoriyalar
Hacı Dayı [17]
Hacı Dayının macəraları
Şəki lətifələri [10]
Şəki lətifələri burda
Super lətifələr [1]
Ən gözəl əlavə lətifələr
Kalendar
«  May 2011  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
293031
Arxiv
Statistika
Sayta münasibətiniz
Ümumi cavabların sayı: 17
Saytdakılar

Ümumi xəttdə: 1
Qonaqlar: 1
İstifadəçilər: 0