Friday, 2019-08-23, 11:48 AM | Welcome Guest
Main » Hacı Dayı

İclasda məsələ qaldırıllar ki, torpağı bərəkətə gətirməhdən ötrü peyin lazımdı. Özü də ən keyfiyyətdisi - quş peyini. Hayındı habı quşun peyini bir damcı gəlir, bir o qədərini hardan tapsınnar?
Hacı dayı diyir:
-Ürəyozu yiyif-eləməyin. Mən taparam.
Bütün kənddərə xəbər yayılır ki, bəs, Hacı dayıya toyuq peyini lazımdı. Bir yük maşınına bir kisə qızıl verib alacitdi.
Çoxlu toyuq-cücəsi olan bir kişi bir il əlləşif-vuruşur, bir «qurzovoy»u sıppısıx dolduruf sürür şəhərə. Hacı dayının üstünə yüyürüf deyillər ki, ay kişi, ödümüz ağzımıza gəlitdi, get zibilo bir töür elə.
Hacı dayı xəbər yollayır ki, maşını sürsün idarənin qabağına.
Yayın istisində iy-qoxdan baş çatdada-çatdada kişi «qurzovoyu» aparır düz «Selpo»nun həyətinə. Aləm yığılır maşının başına ki, bu saat bir kətçi bir kisə qızıl qazanacax.
Hacı dayı gəlif bir maşına baxır, bir kişiyə baxır, sora da dönüf adamnara baxır. Diyir:
-Ə Kazım, habra bi dənə nərdivan gəti.
Nərdivanı gət ... Read more »

Category: Hacı Dayı | Views: 271 | Added by: Nikki | Date: 2011-05-15 | Comments (0)

Dostu Hacı dayının yanına gəlib məsləhət istəyir:
-Ay canoo yiyim, Hacı, maa yol göstər. İdarədə bi qol saatı, bi də üç yüz manat pul verib təqaüdə göndərmək istiyillər. Habı şeyləri götürüb irazılaşım, yoxsa razılaşmayım. Bilmirəm…
Hacı dayı onu bir altdan yuxarı süzüb deyir:
-İrazılaşma!
-Niyə, a başaa dönüm, hoları əldən çıxardım?
-Səən canoo yeyim, ağloo başaa yığ, get onnardan bi motosklet, üstündə də 500-manat pul istə! Ə, elə zülümsən ki, səni başdarınna eləməkdən ötrü başqa əlacları yoxdu, mütləq vericəhlər.

Category: Hacı Dayı | Views: 285 | Added by: Nikki | Date: 2011-05-15 | Comments (0)

Bir cavan satıcı ilə xeyli danışandan sonra arvadı Hacı dayıya şikayət edir:
-A kişi, hunu görürsən? Tərbiyəsiz köpəh uşağınnan allah kəlməsi kəsirəm, elə şonquyuf üzümə baxır, ağzı da qaranquş balası kimi həmişə açıla qalıf. Arvad-zad görmüyüf-nədi?
Hacı dayı ağzını aralayıb istəyir ki, cavab versin, amma arvad imkan verir, oğlanın qarasınca söyür. Axır bir fürsət tapan Hacı deyir:
-Arvad, bəlkə o yazıq da ağzını açırmış ki, sözoo qabağına söz çıxarsın. Yazığa sözünü deyib ağzını bağlamağa imkan verməmisən daa.

Category: Hacı Dayı | Views: 281 | Added by: Nikki | Date: 2011-05-15 | Comments (0)

Hacı dayı, adəti üzrə, eşşəyinə minib yolun ortasıyla rayona gedirdi. Arxadan maşınla gələn rayon prokuroru ona sataşmaq istədi, siqnal verib qara «Qaz-21»ni düz eşşəyin quyruğuna dayayıb, saxladı. Pəncərədən başını çıxardıb səsləndi:
-Ə, eşşək qardaş, yoldan çıxsana!..
Hacı dayı heç halını pozmadı. Ayağını aşırıb, eşşəyin belindən yerə endi. Yüyəni əlindən buraxıb kənara çəkdi. Eşşək də belinin yüngülləşməyindən tənbəllik eləməyib bir az da rahatlanmaq istəyir, yolu tamam batırırı. Yaş təzək sıçrayıb par-par parıldayan «Qaz-21»-in qabaq hissəsinə qəribə naxışlar vurur.
Prokuror səsinin yoğun yerinə salıb deyir:
-Ə, sa dimədim, yoldan çəkil?
Hacı dayı gülməyini zorla saxlayıb dillənir:
-Hayındı, mən yolun qırağındayam. Zəhmət çək, qardaşını özün yoldan kənarlaşdır.

Category: Hacı Dayı | Views: 282 | Added by: Nikki | Date: 2011-05-15 | Comments (0)


Bir gün Hacı dayının qonşusu yüyüre-yüyüre çayxanaya daxil olur. O, Hacını görcek celd deyir:
- Hacı, muştuluğumu ver, camışın balaliyitdi!
- Rehmetliyin oğlu, ne muştuluq? Camışım boğaz idi, bilirdim ki, balaliyciyh. Kelçen balaliyitdi deseydin ayrı mesele!

Category: Hacı Dayı | Views: 285 | Added by: Nikki | Date: 2011-05-15 | Comments (0)

Bir gün Hacı dayının iti ölür. Sataşmaq meqsediyle bir neçe dostu ona başsağlığı verir: - "Hacı Saxır qemin olsun, başın sağ olsun!". Hacı dayı özünü sındırmadan:"-Sağ olun, eyaxlaroz var olsun! Ancaq heç bilmirdim ki, itimin bu qeder qohum-eqrebası, simsarı varmış"-deyir.

Category: Hacı Dayı | Views: 299 | Added by: Nikki | Date: 2011-05-15 | Comments (0)

Hacı Dayı qocalıb lap elden düşmüşdü. Bir gün o Ezrayılı qapının ağzında görüb celd stolun üstündeki butulkanın ağzına bir emzik keçirib aparır öz ağzına. Ezrayıl soruşur: -A kişi nağarırsan? -Nemnem yiyirem. -Onda nemnemini yi qutar, seni oppalara aparıcam. -Axı nemnem yiyennen sonra bir az bay bay elemeliyem! Ezrayılı gülmek tutur ve üzünü çevirib yoxa çıxır.

Category: Hacı Dayı | Views: 267 | Added by: Nikki | Date: 2011-05-15 | Comments (0)

GUNLERIN BIR GUNU DOVSAN MINIR MARSURUTA VE BASDAYIR QISQIRMAGA:INDI KIMSE DOYULECEK!1 DEQIQEDEN SONRA BIRDE QISQIRIR INDI KIMSE DOYULECEK!BUNU ESIDEN SIR AYAGA DURUR VE DOVSANA BIR YUMURUQ QOYUB UZADIR SONRA ISE DOVSAN AYAGA DURUR VE DEYIR SIZE DEMISDIMDE KIMSE DOYULECEK

Category: Hacı Dayı | Views: 257 | Added by: Nikki | Date: 2011-05-15 | Comments (0)

Bir cavan satıcı ilə xeyli danışandan sonra arvadı Hacı dayıya şikayət edir:
-A kişi, hunu görürsən? Tərbiyəsiz köpəh uşağınnan allah kəlməsi kəsirəm, elə şonquyuf üzümə baxır, ağzı da qaranquş balası kimi həmişə açıla qalıf. Arvad-zad görmüyüf-nədi?
Hacı dayı ağzını aralayıb istəyir ki, cavab versin, amma arvad imkan verir, oğlanın qarasınca söyür. Axır bir fürsət tapan Hacı deyir:
-Arvad, bəlkə o yazıq da ağzını açırmış ki, söz qabağına söz çıxarsın. Yazığa sözünü deyib ağzını bağlamağa imkan verməmisən daa.

Category: Hacı Dayı | Views: 400 | Added by: Nikki | Date: 2011-05-15 | Comments (0)

Hacı dayı nəvəsi ilə heyvanxanaya gedir. Meymun, zürafə, tovuzquşu ilə əylənir. Elə ki, şir, bəbir, canavar, timsah saxlanan qəfəslərin qarşısına çatırlar, uşaq mısmırığını sallayır. Hacı dayı ona dondurma, şirini alır, amma nəvəsinin qaş-qabağı açılmır ki, açılmır. Kişi dözməyib soruşur.
-Saa azar-zad dəyitdi?
-Yo, baba, habırda ilişib qalmaxdan qorxuram. Yolu tanımıram, öyümüzə nə təhər gedicəm?
-Baban ölmüyütdü, aparicihdi.
-Öyün pulları yeşirindin, nənəm diyirdi: kişimi şirə-zada rast sal, aparıb yisin, habı pullarla biz ağ günə çıxaq. Hayındı səni o şir yisə, mən evə necə gedicəm?

Category: Hacı Dayı | Views: 286 | Added by: Nikki | Date: 2011-05-15 | Comments (0)

1 2 »
Bölmələr
Sayta giriş
Kateqoriyalar
Hacı Dayı [17]
Hacı Dayının macəraları
Şəki lətifələri [10]
Şəki lətifələri burda
Super lətifələr [1]
Ən gözəl əlavə lətifələr
Kalendar
«  August 2019  »
SuMoTuWeThFrSa
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Arxiv
Statistika
Sayta münasibətiniz
Ümumi cavabların sayı: 16
Saytdakılar

Ümumi xəttdə: 1
Qonaqlar: 1
İstifadəçilər: 0