Saturday, 2024-04-20, 8:06 AM | Welcome Guest
Main » 2011 » May » 15 » Xoruz peyini
2:35 PM
Xoruz peyini

İclasda məsələ qaldırıllar ki, torpağı bərəkətə gətirməhdən ötrü peyin lazımdı. Özü də ən keyfiyyətdisi - quş peyini. Hayındı habı quşun peyini bir damcı gəlir, bir o qədərini hardan tapsınnar?
Hacı dayı diyir:
-Ürəyozu yiyif-eləməyin. Mən taparam.
Bütün kənddərə xəbər yayılır ki, bəs, Hacı dayıya toyuq peyini lazımdı. Bir yük maşınına bir kisə qızıl verib alacitdi.
Çoxlu toyuq-cücəsi olan bir kişi bir il əlləşif-vuruşur, bir «qurzovoy»u sıppısıx dolduruf sürür şəhərə. Hacı dayının üstünə yüyürüf deyillər ki, ay kişi, ödümüz ağzımıza gəlitdi, get zibilo bir töür elə.
Hacı dayı xəbər yollayır ki, maşını sürsün idarənin qabağına.
Yayın istisində iy-qoxdan baş çatdada-çatdada kişi «qurzovoyu» aparır düz «Selpo»nun həyətinə. Aləm yığılır maşının başına ki, bu saat bir kətçi bir kisə qızıl qazanacax.
Hacı dayı gəlif bir maşına baxır, bir kişiyə baxır, sora da dönüf adamnara baxır. Diyir:
-Ə Kazım, habra bi dənə nərdivan gəti.
Nərdivanı gətirirlər. Hacı dayı əlinə bir çubuq götürüf ərinmədən nərdivanna «qurzovoy»un üstünə çıxır. Bir peyinin orasını qurdalayır, bir burasını qurdalayır. Sonra çubuğun ucuna bir qara peyin götürüf başını buluya-buluya deyir:
-Ə, saa demiyiflər ki, maa ancaq toyux peyini lazımdı, habırda xoruzunçunu da tafdım. Allah saa ağıl vemiyitdi, qatışdırmısan.

Category: Hacı Dayı | Views: 539 | Added by: Nikki | Rating: 0.0/0
Total Rəylər: 0
Name *:
Email *:
Code *:
Bölmələr
Sayta giriş
Kateqoriyalar
Hacı Dayı [17]
Hacı Dayının macəraları
Şəki lətifələri [10]
Şəki lətifələri burda
Super lətifələr [1]
Ən gözəl əlavə lətifələr
Kalendar
«  May 2011  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
293031
Arxiv
Statistika
Sayta münasibətiniz
Ümumi cavabların sayı: 19
Saytdakılar

Ümumi xəttdə: 1
Qonaqlar: 1
İstifadəçilər: 0