Bir gün Hacı dayı ovdan qayıdır. Qonşular ondan xəbər alırlar: -Ovun bərəkətti olsun. Necə doşan vurmusan? Hacı dayı deyir: -Ov, nə ov… Heç əl-ayağını yığıb yığışdırmaq olmurdu. Biri burdan qaçırdı, biri ordan qaçırdı. A gözözu yiyim, birinə gözüyumulu atdım, gülləm düz qulağının dibinnən ötüb keçdi. İkincisini allah qorudu, atəşim boşa çıxdı, bir də gördüm budu ha, üçüncüsü kolun dibinnən çıxıb bir qaçır, bir qaçır. O da çox uzaqdaydım. Gülləyə heyfim gəldi… Dinləyənlər dözməyim kişinin sözünü kəsirlər: -Müxtəsər elə, neçəsini vurdun? Hacı dayı kefini pozmadan cavab verir: -Ə, altı aylıq-zad döyüsüz ki, Fikrimi çaşdırmayın. Hayındı üçünnən danışdımmı? Yeddisini də vursaydım, neçə eliyacahdı? On.
|