Sunday, 2018-02-18, 11:20 AM | Welcome Guest
Main » 2011 » May » 15 » Ayının Armud Payı
2:16 PM
Ayının Armud Payı

Hacı dayı meşədə odun doğrayırmış, bir də görür ki, bir yekə ayı başını aşağı salıb nərildəyə-nərildəyə gəlir. Kişi qorxudan özünü itirir, əl-ayağı başlayır əsməyə, nə qədər istiyir ki, qaçsın ayaqları sözünə baxmır. Hançandan-haçana özünü ələ alıb çıxır ağaca.
Ayı da gəlib dırmaşır həmin ağaca. Hacı dayı qalxır bir az da yuxarı, ayı da onun dalınca. Kişi ağacın lap təpəsinə çatanda görür ki, ayı ondan bir az aralıda dayanıb başlayır armud yeməyə.
Hacı dayı gözləyir ki, ayı armudu yeyib doysun, çıxıb getsin, sonra o da düşüb evinə yollanar.
Bu ara ayı bir dəymiş armudu budaqdan qopardıb Hacı dayıya doğru tutur. Kişi elə bilir allahın heyvanı səxavət göstərib ona meyvə vermək istəyir. Bərkdən deyir:
-Qanacağaa maşallah, dədən evində qalsın. Höylə mərfət sahibisən, yolumnan qaç, düşüm gedim öyümə.
Ayı bu qəfil səsdən diksinir, ayağının altındakı budaq sınır, guppultu ilə yerə diyirlənib ölür.
Hacı dayı ağacdan düşüb onun dərisini soyur, çiyninə atıb evinə gətirir.
Sonralar ayının dərisini hamıya göstərib deyirmiş ki, görən kimi üstünə cumdum, boğazınnan yapışıb boğdum. Amma dəymiş armud görəndə meyvənin sarılığı üzünə keçirdi.

Category: Hacı Dayı | Views: 198 | Added by: Nikki | Rating: 0.0/0
Total Rəylər: 0
Name *:
Email *:
Code *:
Bölmələr
Sayta giriş
Kateqoriyalar
Hacı Dayı [17]
Hacı Dayının macəraları
Şəki lətifələri [10]
Şəki lətifələri burda
Super lətifələr [1]
Ən gözəl əlavə lətifələr
Kalendar
«  May 2011  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
293031
Arxiv
Statistika
Sayta münasibətiniz
Ümumi cavabların sayı: 15
Saytdakılar

Ümumi xəttdə: 1
Qonaqlar: 1
İstifadəçilər: 0